Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zəlzələni fürsət bilib oğurluğa girdilər - Video
 
						Zəlzələni fürsət bilib oğurluğa girdilər 
							 - Video
Əlavə olunub: 04.25.2025 | 03:06 | Baxılıb: 2849
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ zamanı iki qadın oğurluq niyyəti ilə Sultanqazidə vətəndaşların təşviş içində tərk etdikləri binaya girib.

“unudulmaz.az” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, hadisə Eski Habiblər məhəlləsində baş verib. 

Zəlzələdən sonra vətəndaşlar təhlükəsizlik məqsədilə küçələrə axışıb. Bu vaxt iki qadın boş binaya daxil olaraq birinci mərtəbədəki mənzilləri yoxlamağa başlayıb. Əşyalarını götürmək üçün evə qayıdan sakin iki şübhəlini görüb. 

Bina sakini həmin mənzildə heç kimin olmadığını, çöldə olan mənzil sahibinə xəbər verəcəyini bildirib. Daha sonra iki qadın cəld binanı tərk ediblər.

Sözügedən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.