Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Zelenskinin istefası Rusiyanın tələbi deyil”
 
						“Zelenskinin istefası Rusiyanın tələbi deyil”
Əlavə olunub: 04.23.2025 | 22:43 | Baxılıb: 3443
“Volodimir Zelenskinin istefası Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı tələbləri sırasında deyil”. 

“unudulmaz.az” xəbər verir ki, bunu Fransanın “Le Point” nəşrinə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, bizim tələblərimizdən biri deyil, amma bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan Ukraynaya çıxıb onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərdilər”, - o vurğulayıb.

Qeyd edək ki, 20 may 2024-cü ildə Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Ölkə konstitusiyasına görə, yeni dövlət başçısı seçilməli və and içməlidir, lakin Ukraynada hərbi vəziyyət hökm sürdüyü üçün seçkilər baş tutmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.