“unudulmaz.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov daxil olacaq.
Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi qaldırılacaq, həmçinin Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında gələcək mümkün görüş müzakirə olunacaq.