Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Yaxşı siyasi siqnallar aldıq” - Zelenski
 
						“Yaxşı siyasi siqnallar aldıq” 
							 - Zelenski
Əlavə olunub: 07.12.2025 | 01:57 | Baxılıb: 1469
“Tərəfdaşlarımızla yeni təchizat, Ukraynada silah istehsalını artırmaq və ordumuzu təchiz etmək üzərində işləyirik. Artıq yaxşı razılaşmalarımız var və biz daha çox şey əldə edəcəyimizi gözləyirik – qarşıdakı həftələrdə onların üzərində işləyəcəyik”.

“unudulmaz.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramdakı videomüraciətində deyib.

O bildirib ki, adminstrasiyası Qərb və ABŞ-dən yüksək səviyyədə siyasi siqnallar alıb:

“Avropalı dostlarımızdan, eləcə də, ABŞ-dən yaxşı siyasi siqnallar aldıq.

Gələn həftə ABŞ tərəfi ilə hərbi səviyyədə işimizi davam etdirəcəyik, xüsusən də ordumuz general Kelloqla işləyəcək. Biz həmçinin yeni Avropa müdafiə paketləri hazırlayırıq. Biz bu müharibəyə görə Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, tezliklə güclü addımların atılacağını gözləyirik – təzyiq qüvvəyə minməlidir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.