Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.09.2025 | 06:07 | Baxılıb: 2192
Sumqayıt şəhərində avtomobilin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“unudulmaz.az” Report-a istinadən xəbər verir ki, hadisə Samur-Abşeron kanalının Qurd dərəsi yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Volkswagen” markalı minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.

Əraziyə dərhal polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.