Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vatikan Zelenskiyə görə protokolu pozdu
 
						Vatikan Zelenskiyə görə protokolu pozdu
Əlavə olunub: 04.27.2025 | 01:25 | Baxılıb: 8306
Vatikan protokolda dəyişiklik edərək Ukrayna Prezidenti Volodimir Zelenskini Papa Fransiskin dəfn mərasimində birinci sırada, ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronla yanaşı əyləşməsinə şərait yaradıb.

“unudulmaz.az” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Ənənəvi protokola əsasən, dövlət və hökumət başçıları ölkələrinin adlarının fransız dilindəki əlifba sırasına uyğun şəkildə yerləşdiriliblər.

Bu qaydaya görə, Zelenskinin üçüncü sırada və ya daha arxa cərgələrdə əyləşməsi nəzərdə tutulurdu. Lakin Vatikan bu dəfə protokol qaydalarına istisna tətbiq edərək Ukrayna liderinə daha ön sıralarda yer ayırıb.

Məlumata görə, Uels şahzadəsi Uilyam üçüncü sırada, Almaniya Kansleri Olaf Şoltsun yanında oturub. Argentina Prezidenti Xavyer Miley isə birinci sıranın ən kənarında yerləşdirilib.

Vatikanın mətbuat katibi Matteo Bruni “The Telegraph”a açıqlamasında bildirib: “Məncə, onlar (Zelenski və xanımı Yelena Zelenskaya) boş qalmış yerlərdə oturdular.”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.