Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.10.2025 | 14:02 | Baxılıb: 3492
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç Kiyevdə öldürülüb.

“unudulmaz.az” Ukrayna mediasına istinadən xəbər verir ki, küçədə naməlum şəxs tərəfindən ona tapançadan güllə atılıb.

Ali Radanın keçmiş deputatı İqor Mosiyçukun sözlərinə görə, həmin şəxs səsboğucu ilə uzaq məsafədən ona 5 dəfə atəş açıb və cinayət yerindən qaçıb. Polkovnik isə yerindəcə keçinib.

Qeyd olunur ki, 50 yaşlı İ. Voroniç ötən il noyabrından Ukrayna Təhlükəsizlik Xidmətinin 16-cı Baş İdarəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışırmış.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.