“unudulmaz.az” “nv.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı jurnalist Ben Şapiroya müsahibəsində deyib.
“Mənim ölkəm nə qədər yardım edildiyini açıq şəkildə sənədləşdirir. Biz ABŞ-nin ikitərəfli dəstəyinə və xalqımızın müdafiəsinə verdiyi böyük yardıma və töhfəyə görə minnətdarıq. Bildiyiniz kimi, biz 105 milyard dollar almışıq. Bunun da böyük hissəsi silah şəklində olub”, - Ukrayna lideri bildirib.
Prezident maliyyə yardımının silaha xərcləndiyini vurğulayıb: “Onlardan döyüş meydanında istifadə olunub”.
Zelenski əlavə edib ki, Amerikanın yardım vəsaitləri hərbçilərə maaş ödəmək üçün istifadə edilməyib: “Əsgərlərimizə verdiyimiz maaşlar, təqaüdçülərimizin təqaüdləri yalnız Ukrayna büdcəsindən Ukraynanın pulu ilə ödənilir”.