Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.27.2025 | 18:46 | Baxılıb: 987
Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər,

“unudulmaz.az” xəbər verir ki, bu haqda “Reuters” mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, bu qərar Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğa düçar olması səbəbindən verilə bilər.

Bu ölkələrin hakimiyyət orqanları qərarları barədə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verməyi planlaşdırır.

Mənbə qeyd edir ki, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.