Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.27.2025 | 16:30 | Baxılıb: 7225
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı” ilə bağlı açıqlamalarına münasibət bildirib. 

“unudulmaz.az” xəbər verir ki, Türkiyə XİN-in yaydığı bəyanatda deyilir:

“Netanyahunun 1915-ci il hadisələrinə dair açıqlaması keçmişdəki kədərli hadisələri siyasi məqsədlər üçün istifadə etmək cəhdidir. Fələstin xalqına qarşı həyata keçirilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüquqi həqiqətlərə uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik”.

Qeyd edək ki, B.Netanyahu Patrik Bet-Devidə müsahibəsində “erməni soyqırımı”nı tanıdığını bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.