Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp Putinə çağırış etdi - “Dayan!”
 
						Tramp Putinə çağırış etdi 
							 -  “Dayan!”
Əlavə olunub: 04.25.2025 | 05:40 | Baxılıb: 6175
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Kiyevə hücumlarını pisləyərək, Ukrayna ilə sülh sazişi imzalamağa çağırıb.

“unudulmaz.az” xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən Kiyevə Rusiya zərbələrindən narazıyam. Bu hücumlara ehtiyac yoxdur və seçilmiş vaxt çox uyğunsuzdur. Vladimir,dayan! Həftədə 5000 əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!” - o qeyd edib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.