Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tailandda təyyarə qəzası, 6 polis öldü - Foto
 
						Tailandda təyyarə qəzası, 6 polis öldü 
							 - Foto
Əlavə olunub: 04.25.2025 | 11:42 | Baxılıb: 1614
Tailandın Praçuab Kiri Xan əyalətində kiçikmühərrikli təyyarə dənizə düşüb.

“unudulmaz.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 polis əməkdaşı həlak olub.

Tailand polisinin verdiyi açıqlamaya görə, təyyarə paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb. Yerli vaxtla saat 08:00 radələrində sınaq uçuşu zamanı “DHC-6-400 Twin Otter” təyyarəsi Huahin hava limanı yaxınlığında dənizə düşüb.

Faktla bağlı araşdırma aparılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.