Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
 
						Suriya Prezidenti Azərbaycandadır 
							 - Fotolar
Əlavə olunub: 07.12.2025 | 13:02 | Baxılıb: 5605
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bu gün Azərbaycana işgüzar səfərə gəlib.

“unudulmaz.az” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.