“unudulmaz.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat katibi Şteffen Hebestreyt bildirib.
“Kansler Şolts bu gün günortadan sonra, səlahiyyət müddətinin sonunda Zelenski ilə telefonla danışıb”, - o vurğulayıb.
Mətbuat katibinin sözlərinə görə, Şolts Zelenskiyə sıx əməkdaşlığa görə təşəkkür edib:
“O qeyd etdi ki, Almaniya lazım olduğu müddətdə Avropa və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqda Ukraynanı dəstəkləməyə davam edəcək”.