Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şərurda 34 yaşlı kişi öldürüldü - Əmisi saxlanıldı - Foto
 
						Şərurda 34 yaşlı kişi öldürüldü 
							 - Əmisi saxlanıldı - Foto
Əlavə olunub: 07.13.2025 | 17:55 | Baxılıb: 1891
Şərurda qardaşı oğlunu öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə “unudulmaz.az”ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, iyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Şərur rayonu Yuxarı Havuş kənd sakini 1991-ci il təvəllüdlü İbrahim İbrahimovun rayonun Aşağı Daşarx kənd ərazisində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində aralarında yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cabir İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Fotoda: İbrahim İbrahimov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.