Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəkidə Türkiyə vətəndaşına məxsus “TIR” yandı
 
						Şəkidə Türkiyə vətəndaşına məxsus “TIR” yandı
Əlavə olunub: 12.02.2023 | 15:22 | Baxılıb: 2894
Şəkidə Türkiyə vətəndaşına məxsus “TIR” yanıb.

“unudulmaz.az"in məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Çayqaraqoyunlu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Alp Büyükkabakcının hərəkətdə olan “TIR” markalı yük avtomobilində anidən yanğın baş verib.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın zamanı yük avtomobilinin ön hissəsinin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.