Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.26.2025 | 21:02 | Baxılıb: 2600
Vətən müharibəsi şəhidi Sübhan Əbilzadənin atası vəfat edib.

“unudulmaz.az” xəbər verir ki, şəhidin 75 yaşlı atası Arif Əbilzadə bu gün sakini olduğu Biləsuvar rayonun Nərimankənd kəndində dünyasını dəyişib.

“Həmin videodan bir saat sonra şəhid olub”- Reportaj

Qeyd edək ki, şəhid Sübhan Arif oğlu Əbilzadə 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. O, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və  qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və  “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Surxay Şahbazov

 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.