Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Salyanda iki nəfər dəm qazından boğularaq öldü
 
						Salyanda iki nəfər dəm qazından boğularaq öldü
Əlavə olunub: 12.03.2023 | 13:34 | Baxılıb: 2855
İki nəfər evdə dəm qazından boğularaq ölüb.

“unudulmaz.az” APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.