Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabunçuda ağır qəza - Ata öldü, oğlu yaralandı
 
						Sabunçuda ağır qəza 
							 - Ata öldü, oğlu yaralandı
Əlavə olunub: 07.14.2025 | 10:11 | Baxılıb: 2283
Paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.

“unudulmaz.az” xəbər verir ki, 1965-ci il təvəllüdlü Rizvan Abasovun idarə etdiyi “Kia Rio” və 1993-cü il təvəllüdlü Təbriz Baxışzadənin sürdüyü “Skoda Rapid” markalı avtomobillər toqquşub. Nəticədə “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb, avtomobildə sərnişin olan oğlu 1991-ci il təvəllüdlü Kənan Abasov isə ağır xəsarətlər alıb.

Həmçinin “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinləri - 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.