Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.28.2025 | 00:15 | Baxılıb: 1184
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni məhdudiyyətlər paketini yaxın həftələrdə qəbul edəcək.

“unudulmaz.az” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Məlumatda bildirilir ki, Rusiyaya qarşı 19-cu sanksiyada Brüsselin ukraynalı uşaqları oğurlamaqda ittiham edilən şəxsləri qara siyahıya daxil etməsi planlaşdırılır.

Bundan əlavə, Rusiyanın neft, qaz və bank sektorlarına qarşı yeni məhdudiyyətlərin qoyulacağı da gözlənilir. 

Həmçinin Aİ ilk dəfə olaraq Rusiyanın tərəfdaşlarına qarşı da 19-cu məhdudiyyətlər paketi çərçivəsində ikinci dərəcəli sanksiyalar tətbiq etməyə cəhd etmək niyyətindədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.