Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.20.2025 | 11:42 | Baxılıb: 2827
Rusiyalı tanınmış müğənnilər Djigan və Niletto Bakıda klip çəkdiriblər.

“unudulmaz.az” xəbər verir ki, bu barədə məlumatı müğənnilər öz instaqram hesablarında paylaşıb.

Bildirilib ki, yeni klip avqustun 22-də təqdim ediləcək.

Nilettonun instaqram hesabında yeni klipdən bir hissə paylaşılıb. Həmin hissədə müğənnilərin üzərində Azərbaycan bayrağı olan yaxtada görüntüləri yer alıb. Eyni zamanda, klipdə Djiganın övladlarının da rol aldığını görmək mümkündür.

Həmçinin Djigan instaqram hesabında Bakıdan övladları ilə birgə fotolar da paylaşıb. 

Hazırda Azərbaycanla Rusiya arasında münasibətlərin gərgin olması fonunda rusiyalı müğənnilərin Bakıda klip çəkdirməsi marağa səbəb olub.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.