“unudulmaz.az” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, helikopterin göyərtəsində üçü ekipaj üzvü və ikisi texnik olmaqla 5 nəfər olub.
Qeyd olunub ki, helikopter yerli vaxtla saat 19:00-da Maqadan şəhərinə çatmalı idi. Lakin Mİ-8 Uşki körfəzinə çatmamış Maqadanın sərhədindən 50 km məsafədə yerləşən Loşadinaya körfəzi ərazisində radarlardan itib.
Helikopterin axtarışına Oxotskdan Mi-8 helikopteri, Maqadandan isə An-26 təyyarəsi cəlb olunub.