Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada maşın partladıldı, general həlak oldu - Video - Fotolar
 
						Rusiyada maşın partladıldı, general həlak oldu 
							 - Video - Fotolar
Əlavə olunub: 04.25.2025 | 15:12 | Baxılıb: 7480
Bu gün səhər saatlarında Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının həyətində güclü partlayış baş verib.

“unudulmaz.az” Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik həlak olub.

Qeyd olunub ki, hadisə səhər saat 10:40 radələrində 59 yaşlı Moskalik yaşayış binasının girişində park edilmiş “Volkswagen Golf” markalı avtomobilin yanından keçərkən baş verib. Partlayış dalğası onun cəsədini bir neçə metr kənara atıb.

Məlumata görə, partlayışa avtomobilin içərisinə yerləşdirilən partlayıcı qurğu səbəb olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.