“unudulmaz.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, Oka çayının sahilində istirahət edən bir qrup insanı ildırım vurub.
Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Bildirilib ki, hadisə yerli vaxtla 13:00 radələrində qeydə alınıb.