“unudulmaz.az"in məlumatına görə, hücum zamanı Avropa İttifaqının (Aİ) ölkədəki missiyasının binasına da zərər vurulub.
Hadisə ilə bağlı paylaşım edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib:
“Gecə həyata keçirilən hücum zamanı Rusiya Vyana konvensiyasını birbaşa pozaraq diplomatları da hədəf alıb. Nəticədə Aİ-nin Ukraynadakı missiyası zərər görüb. Bu, yalnız Aİ tərəfindən deyil, bütün dünya tərəfindən qınanılmalıdır. Aİ-dən olan həmkarımızla həmrəy olduğumuzu bildiririk və yardım etməyə hazırıq”.