Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Rusiya Bəşər Əsədi ekstradisiyadan imtina edib”
 
						“Rusiya Bəşər Əsədi ekstradisiyadan imtina edib”
Əlavə olunub: 04.24.2025 | 00:05 | Baxılıb: 3021
“Suriyanın yeni hökuməti Rusiya rəhbərliyindən devrilmiş prezident Bəşər Əsədin ekstradisiyasını xahiş etsə də, Kreml bundan imtina edib”.

“unudulmaz.az” xəbər verir ki, bunu “The New York Times” qəzetinə müsahibəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa deyib.

Buna baxmayaraq, Şaraa vurğulayıb ki, Suriya administrasiyası Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil.

O xatırladıb ki, Suriya silahlarının əksəriyyəti Rusiyada istehsal olunub və ölkə böyük ölçüdə Rusiyanın ərzaq və enerji təchizatından asılıdır.

“Bizim Suriyanın bu əsas maraqlarını nəzərə almaq öhdəliyimiz var”, - deyə o əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.