Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəsmilər Yevlax və Xaçmazda qaraçılarla görüşdü - Fotolar
 
						Rəsmilər Yevlax və Xaçmazda qaraçılarla görüşdü 
							 - Fotolar
Əlavə olunub: 07.14.2025 | 17:50 | Baxılıb: 4024
Ombudsman Aparatının Bərabərlik hüququnun təmini sektorunun nümayəndələri Roma (qaraçı) icmasının kompakt yaşadığı bölgələrdən olan Yevlax və Xaçmaz rayonlarında monitorinq aparıb.

“unudulmaz.az” xəbər verir ki, monitorinq prosesi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə Ombudsmana verilmiş bərabərlik hüququnun təmini və ayrıseçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi səlahiyyəti çərçivəsində baş tutub.

Monitorinq zamanı icma üzvləri ilə fərdi görüşlər keçirilib, onların qarşılaşdığı çətinliklərlə maraqlanılıb.

Araşdırmalar nəticəsində icma üzvlərinin rastlaşdıqları çətinliklərin aradan qaldırılması, hüquq və azadlıqlarının daha səmərəli təmini ilə bağlı müvafiq təkliflər hazırlanaraq əlaqədar dövlət qurumlarına göndəriləcək.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.