Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 13:16 | Baxılıb: 1050
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.

“unudulmaz.az” xəbər verir ki, bu barədə məlumatı “ISNA” yayıb. 

Bildirilib ki, görüşdə həmçinin Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibinin beynəlxalq məsələlər üzrə katibi Ali Baqeri də iştirak edib. 

Tərəflərin müzakirə etdiyi məsələlər açıqlanmayıb. 

Qeyd edək ki, A.Qriqoryan iranlı həmkarı Ə.Laricaninin dəvəti əsasında Tehrana səfər edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.