Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.27.2025 | 11:18 | Baxılıb: 1535
Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Bu barədə “unudulmaz.az”ya FHN-dən bildirilib.

Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.