Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Putinlə çörək kəsmişik...”
 
						“Putinlə çörək kəsmişik...”
Əlavə olunub: 07.16.2025 | 17:10 | Baxılıb: 2967
“Mənim Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə açıq, şəffaf münasibətlərim var, birgə çörək kəsmişik”.

“unudulmaz.az” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində yayımı dayandırılan Rusiya kanalları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Amma bəzi Rusiya telekanalları bütün sərhədləri aşıblar. Mən onların (yayımının) dayandırılması ilə bağlı qərar qəbul etmək istəməzdim, amma Rusiyada bizi bu addımı atmağa məcbur edən qüvvələr var”, - deyə, Paşinyan əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.