Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putin Uitkoffla nələri müzakirə edib?
 
						Putin Uitkoffla nələri müzakirə edib?
Əlavə olunub: 04.25.2025 | 20:20 | Baxılıb: 2235
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçirilib.

“unudulmaz.az” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşün üç saat davam etdiyini bildirib.

O qeyd edib ki, söhbət konstruktiv və faydalı olub.

Uşakovun sözlərinə görə, görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanları müzakirə olunub.

“Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, müxtəlif səviyyələrdə məhsuldar Rusiya-Amerika dialoqu ən fəal rejimdə davam etdiriləcək”, - Uşakov əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.