Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Putin Trampa deyib ki, yaxın 60 gün ərzində...”
 
						“Putin Trampa deyib ki, yaxın 60 gün ərzində...”
Əlavə olunub: 07.14.2025 | 11:54 | Baxılıb: 1869
ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında iyulun 3-ü baş tutan telefon danışığı zamanı müzakirə edilən daha bir məsələ bəlli olub.

“unudulmaz.az” xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Putin Trampa deyib ki, yaxın 60 gün ərzində Ukraynanın şərqində növbəti eskalasiyanı planlaşdırır. Məqsəd isə özünə məxsus hesab etdiyi bölgələrin inzibati sərhədlərinə qədər irəliləməkdir.

Qeyd olunub ki, Putin Ukrayna ilə müharibədə eskalasiyanı davam etdirməyi açıq şəkildə bəyan edib.

Həmçinin Tramp Fransa Prezidenti Emmanuel Makrona deyib ki, Putin qarşıdakı 60 gün ərzində Ukraynanın bəzi inzibati bölgələrinin sərhədlərinə qədər irəliləmək istəyir və həmin əraziləri yenidən işğal etməyə cəhd göstərəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.