Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.03.2025 | 19:14 | Baxılıb: 2644
Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları iyulun 3-də Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.

“unudulmaz.az” xəbər verir ki, hərbi orkestrin ifasında Azərbaycan milli musiqi nümunələri, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılanıb.

Şou müddətində Azərbaycan süvariləri yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəziblər.













Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.