“unudulmaz.az” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
“Söhbət Trampın hələ ABŞ prezidenti olmadığı dövrdən gedir. Rusiya lideri Vladimir Putin Tramp ABŞ-nin rəhbəri olmayanda onunla telefon danışığı aparmayıb. Bununla bağlı Ağ Evə sorğu göndərməliyik”, - o bildirib.
Qeyd edək ki, CNN tərəfindən ABŞ Prezidenti Donald Trampın Rusiya və Çini bomba ilə hədələdiyi 2024-cü ilə aid səs yazısı yayımlanıb. Onun həmkarları ilə danışıqlarda rus qoşunlarının Ukrayna sərhədini keçəcəyi və Çinin Tayvana hücum edəcəyi təqdirdə birbaşa bombardmanla hədələdiyi bəlli olur.