Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.01.2025 | 19:32 | Baxılıb: 2765
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2-də elektrik xətləri sifarişə əsasən açılacaq.

“unudulmaz.az” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bir sıra ərazilərində yerləşən bəzi yaşayış və sahibkarlıq obyektlərində, eləcə də yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.