Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pakistan Hindistana xəbərdarlıq etdi
 
						Pakistan Hindistana xəbərdarlıq etdi
Əlavə olunub: 04.28.2025 | 20:02 | Baxılıb: 3063
Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib.

“unudulmaz.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Pakistanın müdafiə naziri Xavaca Asif açıqlama verib.

Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər. Bundan sonra iki ölkə arasında gərginlik artıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.