Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.28.2025 | 17:40 | Baxılıb: 2094
Sabirabad sakini özünü güllələyərək öldürüb.

“unudulmaz.az” APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.

Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu özünü güllələyərkən qəlpələr anası Nizami kənd sakini, 1938-ci il təvəllüdlü Hüseynova Səbiyyə Astan qızına dəyib. S.Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.