Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
​“Onun misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayırıq...”
 
						​“Onun misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayırıq...”
Əlavə olunub: 07.14.2025 | 11:17 | Baxılıb: 1519
“Bu gün ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ili tamam olur. Bu əlamətdar gündə Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətlərini minnətdarlıq hissi ilə bir daha xatırlayırıq”. 

“unudulmaz.az” xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Müasir Azərbaycan Respublikası Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür. Heydər Əliyevin müstəsna liderlik keyfiyyətləri sayəsində xalqımız hələ Sovet dövründə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb və daha sonra bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya və inkişaf etdirə bilib. 

Ümummilli liderimizin başladığı missiyanı bu gün Azərbaycanın Prezidenti İlham Əliyev davam etdirir. Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətə çevrilib. Əlbəttə, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması milli inkişaf tariximizdə yeni dövr açıb”, - deyə spiker qeyd edib.

Nuranə Daxilqızı 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.