Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.24.2025 | 04:08 | Baxılıb: 2279
İsrailin Baş naziri Benyamin Netanyahu kabinet iclasından sonra nazirlərinə İranla atəşkəs və son hadisələr haqqında danışmamağı tapşırıb.

“unudulmaz.az” xəbər verir ki, bu haqda CNN öz mənbəsinə istinadən məlumat yayıb.

İsrail mətbuatı da məlumatı təsdiqləyib. Qeyd edilib ki, kabinet iclası artıq başa çatıb və Netanyahu nazirlərdən gündəmi şərh etməməyi istəyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edərək İsrail və İran arasında tam atəşkəsin əldə olunduğunu və bununla da müharibənin sona çatacağını elan edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.