Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nəsimidə Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
 
						Nəsimidə Heydər Əliyevlə bağlı tədbir keçirildi 
							 - Fotolar
Əlavə olunub: 07.14.2025 | 17:38 | Baxılıb: 559
Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı dəyirmi masa keçirilib. 

“unudulmaz.az” xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının rəhbərliyi, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. 

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır: “Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır”.

Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirib ki, Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. 

Çıxış edənlər- rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, Nəsimi rayon İcra Hakimiyyətin yanında İctimai Şuranın üzvü Mirhəşim Cəlalov və nömrəli Uşaq Poliklinikasının baş həkimi Ayşən Lemberanskaya qeyd etdilər ki, Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəli müstəqil ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.