“unudulmaz.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, onların hər biri məktəb direktorları tərəfindən təhlil olunmalıdır. Günahı olan varsa, tapıb tənbeh olunmalıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Sabunçu rayonunda 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin gözünün zədələnməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılmışdı. Onun məktəb direktoru tərəfindən döyüldüyü iddia edilsə də, Daxili İşlər Nazirliyi şagirdin göz nahiyəsindəki xəsarət faktında qəsd müəyyən etməmişdi. Onun məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində zədələnməsi müəyyən edilmişdi.
Gülnar Əliyeva