Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Limandakı partlayışda ölənlərin sayı artdı - Yenilənib
 
						Limandakı partlayışda ölənlərin sayı artdı 
							 - Yenilənib
Əlavə olunub: 04.27.2025 | 20:05 | Baxılıb: 11359
İranın Bəndər Abbas şəhərində limanda baş verən yanğın yenidən alovlanıb.

“unudulmaz.az” yerli mətbuata istinadən xəbər verir ki, bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə halların idarə edilməsi şöbəsinin rəhbəri Mehrdad Həsən-zadə bildirib.

“Bəzi konteynerlərdə olan bitum və kimyəvi maddələr limanın şərq hissəsində ikinci yanğına səbəb olub”, - İran rəsmisi bildirib.

Qeyd edək ki, aprelin 27-də səhər saatlarında İran Daxili İşlər Nazirliyi yanğının artıq 80 faizinin söndürüldüyünü bildirib.

Onu da əlavə edək ki, hadisə nəticəsində ölənlərin sayı 36-a çatıb.

***

Hörmüzqan əyalətinin qubernatoru Məhəmməd Aşuri bildirib ki, partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.