Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Leman”ın baş redaktoru həbs edildi - Həmin karikaturaya görə
 
						“Leman”ın baş redaktoru həbs edildi 
							 - Həmin karikaturaya görə
Əlavə olunub: 07.12.2025 | 23:09 | Baxılıb: 3339
Türkiyədə peyğəmbərlərin karikaturasını dərc edən “Leman” jurnalının baş redaktoru Aslan Özdemir karikatura araşdırması çərçivəsində həbs edilib.

“unudulmaz.az” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Fransadan İstanbula qayıdan jurnalist hava limanında saxlanılıb. Polis əməkdaşları Özdemiri birbaşa İstanbul ədliyyəsinə aparıb.

Baş redaktor barəsində “xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq” maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə Özdemir barəsində həbs qərarı çıxarıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.