Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.06.2025 | 09:45 | Baxılıb: 2589
Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“unudulmaz.az"in xəbərinə görə, rayon ərazisində hərəkətdə olan “HOWO” markalı avtomobil idarəetməni itirib.

Nəticədə yüklə dolu olan maşın yol kənarındakı dərəyə yuvarlanıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

Dərəyə yuvarlanan yük maşını qaldırıcı kran vasitəsilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Onun Laçında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.