Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.03.2025 | 00:10 | Baxılıb: 3667
Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.

“unudulmaz.az” xəbər verir ki, bu haqda məlumatı aktyorun meneceri Temmuz Karıkutal açıqlayıb.

“Dəyərli aktyor Şekip Taşpınarı itirmək məni çox kədərləndirdi. İllər ərzində çox şey paylaşdıq. Hüzur içində yat, qardaş... Məkanın cənnət olsun”, - deyə o bildirib.

Qeyd edək ki, Ş.Taşpınar “Beyaz Gelincik”, “Kurtlar Vadisi Pusu”, “Behzat Ç.”, “Bir Ankara Polisiyesi”, “Karadayı”, “Cesur Yürek”, “Arka Sokaklar”, “Teşkilat”, “Yürek Çıkmazı” və s. seriallarda rol alıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.