Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.13.2025 | 15:13 | Baxılıb: 1543
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qəbələ şəhəri, Muxtar Abdıyev küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən “unudulmaz.az”ya verilən məlumata görə, çağırış üzrə cəlb olunan FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 2022-ci təvəllüdlü azyaşlını xilas ediblər.

Görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.