Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi
Əlavə olunub: 05.04.2025 | 15:31 | Baxılıb: 2649
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.
Bu barədə “unudulmaz.az”ya FHN-dən məlumat verilib.
Nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.