Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.17.2025 | 12:46 | Baxılıb: 1777
Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapılıb.

“unudulmaz.az” FHN-ə istinadən xəbər verir ki, dünən Şirvan kanalının Ağdaşın Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, D.Süleymanov peşəkar idmançı olub və yaşıdları arasında alpaqut idmanı üzrə Azərbaycan çempionu imiş.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.