Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsraildə meşə yanğınları başlayıb - Fotolar
 
						İsraildə meşə yanğınları başlayıb 
							 - Fotolar
Əlavə olunub: 04.23.2025 | 19:30 | Baxılıb: 2027
İsrailin bir sıra bölgələrində meşə yanğınları başlayıb.

“unudulmaz.az” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

“Mazkeret Batya və Beyt Şemeş bölgələrində evlərə və dəmiryol relslərinə yayılan yanğını söndürmək üçün onlarla qrup, təyyarə və helikopter çalışır. Yanğınsöndürmə idarəsi ümumi səfərbərlik elan edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, yanğınlar səbəbindən bir neçə marşrut xətti üzrə qatarların hərəkəti dayandırılıb. Digər ərazilərdə də yanğınlar müşahidə olunur.

Məlumata görə, yanğınlar istilərin yaratdığı quraqlıq səbəbindən başlayıb. Bəzi yerlərdə havanın temperaturu 34 dərəcəyə çatıb.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.