Unudulmaz.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.28.2025 | 10:15 | Baxılıb: 1956
İsrailin Azərbaycandakı yeni səfiri Ronen Krausz “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

“unudulmaz.az” xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

Oyunu stadionda izləyən R.Krausz bildirib: 

“Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu izləmək və 30 min Qarabağ azarkeşi ilə bu möhtəşəm nailiyyəti birgə qeyd etmək mənim üçün böyük sevinc idi. Çempionlar Liqasının qrup mərhələsində start götürərkən sizə uğurlar arzulayıram. İrəli, Qarabağ! İrəli, Azərbaycan!”

Xatırladaq ki, İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri R.Krausz ötən ay Azərbaycana gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.